Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Mayın 28-i Azərbaycanda Müstəqillik Günü qeyd olunur.
Ajans.az xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.