Reklam resmi
Reklam resmi

Rusiyanın Kiyevə hücumunda ölən və yaralananların sayı artdı

Rusiyanın Kiyevə hücumunda ölən və yaralananların sayı artdı
Gündəm

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi kütləvi hava hücumu nəticəsində həyatını itirənlərin sayı 2 nəfərə yüksəlib.

Ajans.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, paytaxta edilən hücum nəticəsində yaralananların sayı 56 nəfərə yüksəlib. Onlardan 30-u şəhər xəstəxanalarında müalicə alır. Yaralılar arasında iki uşaq da var.

Kiyev Şəhər Prokurorluğu ölən şəxslərin 86 və 44 yaşlı qadınlar olduğunu açıqlayıb. Bildirilib ki, xəsarət alanlar arasında 15 yaşlı oğlan və 12 yaşlı qız da var.

Mövzular:
Rusiya Kiyev şəhəri Ukrayna Hücum

Digər Xəbərlər