Reklam resmi
Reklam resmi

Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR

Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR
Cəmiyyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Qəbələ rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbələrində binaların dam örtüklərini təmir etdirəcək.

Ajans.az xəbər verir ki, yaşayış binalarında uzun müddət istifadə nəticəsində yararsız vəziyyətə düşmüş dam örtüklərinin və konstruksiyalarının yenilənməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 1 milyon 400 min manat təşkil edir.

Məlumata görə, qəsəbələrdə aparılacaq işlər binaların təhlükəsizliyinin artırılması, yağış və qar sularının mənzillərə sızmasının qarşısının alınması, eləcə də məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. (Baku.ws)

Mövzular:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı Qəbələ keçmiş məcburi köçkün

Digər Xəbərlər