Reklam resmi
Reklam resmi

Prezidentlə xanımı WUF13-ün açılış mərasimində - FOTOLAR

Prezidentlə xanımı WUF13-ün açılış mərasimində - FOTOLAR
Gündəm

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub.

Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.

Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.

Həmçinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.

1521103

1521104

1521105

1521106

1521108

152110715211091521110

 

1521112

Mövzular:
Prezident WUF13 açılış fotolar

Digər Xəbərlər