Reklam resmi
Reklam resmi

Azərbaycanda elektrik avtomobillərlə bağlı YENİ TƏKLİF

Azərbaycanda elektrik avtomobillərlə bağlı YENİ TƏKLİF
Cəmiyyət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin batareyalarının utilizasiyası ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi təklif olunur.

Ajans.az-ın əldə etdiyi məlumata görə, söhbət istismar müddəti bitmiş və ya zədələnmiş elektromobil batareyalarının qanunvericilik əsasında necə toplanması, emal olunması və təkrar istifadəyə hazırlanmasından gedir.

Təklifə əsasən, bu batareyalardakı yararlı materiallar və enerji ayrılaraq təkrar istifadə üçün uyğun hala gətiriləcək. Bunun üçün isə utilizasiya prosesinin hüquqi qaydaları müəyyən ediləcək.

Dəyişiklik qəbul olunarsa, istifadəyə yararsız elektromobil batareyalarının ətraf mühitə zərərinin azaldılması və onların təkrar emal imkanlarının genişləndirilməsi hədəflənir. 

Mövzular:
elektrik avtomobillər təklif

Digər Xəbərlər