Mayis Musayev İŞDƏN ÇIXDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev vəzifəsindən azad edilib.
Ajans.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb. Sədrin əmri ilə M.Musayev tutduğu vəzifədən azad olunub.
Məlumata görə, M.Musayev öz ərizəsi ilə işdən çıxıb.
Ajans.az-ın məlumatına görə, Mayis Musayev məzuniyyətə çıxmışdı. Məzuniyyəti bitdikdən sonra öz ərizəsi ilə işdən ayrılıb.
Mövzular: