Dərnəgüldən bölgələrə qatarla getmək MÜMKÜN OLACAQ
Gələn aydan Dərnəgüldən bölgələrə qatarla getmək mümkün olacaq.
Ajans.az xəbər verir ki, yeni istifadəyə verilmiş, "Dərnəgül" Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən sayca 15-ci dayanacaqdır. Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, iyunun 6-dan bu dayanacaqdan bölgələrə qatar reyslərinə start veriləcək. Yeni cədvələ əsasən, sərnişinlər Dərnəgül stansiyasından Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı əlavə reyslər omaqla eyni zamanda Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətləri üzrə səfər edə biləcəklər.
Gediş haqqı isə Bakı-Dərnəgül, Dərnəgül-Biləcəri və Dərnəgül-Xırdalan istiqamətləri üzrə 60 qəpikdir.
Təmir işləri yükunlaşdıqdan sonra Dərnəgül-Sumqayıt istiqaməti üzrə isə 1 manat təşkil edəcək.
Mövzular: