Reklam resmi
Reklam resmi

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər.

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər.
Siyasət

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Mövzular:
İlham Əliyev Mehriban Əliyeva Heydər Əliyev Azərbaycan Həzi Aslanov

Digər Xəbərlər