Yollarda şou göstərən İNKASSATOR SÜRÜCÜLƏRİ
Bakıda banklara məxsus inkassator avtomobili sürücülərinin digər hərəkət iştirakçılarına qarşı davranışı narazılıq yaradır.
Ajans.az xəbər verir ki, paytaxt yollarında avtomobillərə davamlı şəkildə siqnal verərək yol tələb edirlər. Halbuki operativ nəqliyyat vasitəsi statusuna malik olan bu avtomobillər bir çox hallarda avtobus zolağından istifadə edib hərəkətini davam etdirə bilir. Yolun bağlı olduğu vəziyyətdə digər sürücülərə təzyiq göstərilməsi və kobud davranılması isə əlavə gərginlik yaradır.
Operativ nəqliyyat vasitələrinin üstünlüyü olsa da, bu status digər hərəkət iştirakçılarına qarşı hörmətsiz münasibət üçün əsas hesab olunmur.
Məsələ ilə bağlı Ajans.az-ın Baş Redaktoru Tural Müseyibov öz fikirlərini bildirib.
View this post on Instagram