Sərnişinlərə ŞAD XƏBƏR- yeni dayanacaq İSTİFADƏYƏ VERİLDİ
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verib.
Ajans.az xəbər verir ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaqda turniket binaları, yerüstü keçid və 4 platforma artıq sərnişinlərin xidmətindədir.
Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişləndirərək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan edilir.
Mövzular: