Reklam resmi
Reklam resmi

Bu avtobuslar YENİLƏNİR

Bu avtobuslar YENİLƏNİR
Cəmiyyət

"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.

Ajans.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək. Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 manat təşkil edir.

Mövzular:
avtobus sərnişin

Digər Xəbərlər