Qatarların hərəkəti dayandı: Sərnişinlər YOLDA QALDI- EKSKLÜZİV
Bu gün Sumqayıt-Bakı ekspress qatarı və Sumqayıt-Pirşağı-Bakı sürət qatarlarında gecikmə yaranıb.
Ajans.az-a daxil olan məlumata görə, qatar Sumqayıt ərazisinə 07:00-da daxil olub, 07:30-da yola düşməli olduğu halda, 30 dəqiqə gecikib. Eyni zamanda, Sumqayıt-Pirşağı-Bakı qatarı 3 dəqiqə gecikərək 07:43-də yola düşüb.
Qatarların hansı səbəbdən gecikməsi ilə bağlı rəsmi məlumat yoxdur.
Məsələ ilə bağlı qurumdan cavab gözləyirik.