Kiçik ailə bizneslərinə dəstək davam edir
Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Avtoelektrik xidmətləri”, “Avtotəmizləmə xidmətləri”, “Broyler inkubatoru”, “Poliqrafiya xidmətləri” və “Özünəxidmət avtoyuma” zərfləri üzrə avadanlıqlar təqdim edilib.
Ajans.az xəbər verir ki, verilmiş aktivlər hesabına kiçik ailə biznesləri yaradan proqram iştirakçıları göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 şəxs üçün #özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatları qurulub.
Mövzular: