Reklam resmi
Reklam resmi

Dünyaya uşaq gətirən 15 yaşlı qızın anasından ŞOK AÇIQLAMA

Dünyaya uşaq gətirən 15 yaşlı qızın anasından ŞOK AÇIQLAMA
Cəmiyyət
655

Xəbər verdiyimiz kimi, Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

Ajans.az xəbər verir ki, yeniyetmənin anası məsələ ilə bağlı açıqlama verib.

O, bildirib ki, baş verənlərdə qonşuları günahkardır:

"Martın 31-də qızımı Ağdaşda həkim müayinəsinə apardıqda hamilə olduğunu öyrəndim. Qızım hadisəni törədən şəxsin qonşumuz olduğunu bildirdi. O, qızıma təcavüz edib. Bizim aramızda dostluq münasibətləri var idi və mütəmadi olaraq bir-birimizin evinə gedib-gəlirdik"

Yeniyetmənin anasının iddialarına cavab verən təqsirləndirilən şəxsin atası isə oğlunun günahsız olduğunu bildirib:

"Məsələ ilə bağlı altı-yeddi nəfər izahat vermək üçün polis şöbəsinə çağırılıb. DNT analizi cavabı hər şeyi aydınlaşdıracaq. Mənim övladımın üzərinə şər atırlar".

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
uşaq yeniyetmə ucar

Digər Xəbərlər