Məktəb yoldaşını yandıran şəxs SAXLANILDI
Yasamal rayonu ərazisində yeniyetmələr arasında mübahisə zəminində insident baş verib.
Bununla bağlı Ajans.az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib. 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
O yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Mövzular: