Reklam resmi
Reklam resmi

Vens Trampın açıqlamasına baxmayaraq Pakistana GEDƏCƏK

Vens Trampın açıqlamasına baxmayaraq  Pakistana GEDƏCƏK
Gündəm

ABŞ-nin vitse-prezidenti Cey Di Vens təhlükəsizliklə bağlı əvvəlki bəyanatlara baxmayaraq İranla danışıqlar üçün Pakistana səfər edəcək.

Ajans.az  xəbər verir ki, bu barədə CNN jurnalisti Eleyna Trin məlumat yayıb.

Məlumata görə, Cey Di Vens ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner ilə birlikdə İslamabad şəhərinə yollanacaq.

Bundan əvvəl Donald Tramp ABC telekanalına müsahibəsində Vensin təhlükəsizlik səbəbindən bu səfərə gedə bilməyəcəyini bildirmişdi. O qeyd etmişdi ki, qısa müddətdə hazırlıq aparıldığı halda ABŞ Gizli Xidməti vitse-prezidentin təhlükəsizliyini təmin edə bilməz.

Lakin sonradan Ağ Ev rəsmisinin sözlərinə görə, vəziyyət dəyişib və səfərlə bağlı qərar yenilənib.

Mövzular:
ABŞ Cey Di Vens İran Danışıqlar Pakistana səfər

Digər Xəbərlər