Son 3 ayda 11,5 min şəxsə əlillik TƏYİN OLUNUB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin I rübü ərzində 11,5 min şəxsə əlillik təyin edilib.
Bununla bağlı Ajans.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Onlardan 5,3 min şəxsə ilkin, 6,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Mövzular: