Reklam resmi
Reklam resmi

Gənc qızlar motosikletlə TƏHLÜKƏ SAÇDI- GÖRÜNTÜLƏR

Gənc qızlar motosikletlə TƏHLÜKƏ SAÇDI- GÖRÜNTÜLƏR
Cəmiyyət

Sosial şəbəkələrdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir neçə gənc qızın motosikletlə təhlükəli hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Ajans.az xəbər verir ki, Qəsəbənin Əliağa Vahid küçəsində hərəkət edən 3 motosikletin sürücülərinin və sərnişinlərinin motodəbilqə taxmaması, digər hərəkət iştirakçılarına əsassız irad bildirməsi məlum olub.

DİN-in Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sosial mediada yayılan görüntülərlə bağlı araşdırma aparılır: “DYP olaraq bir daha motosiklet sürücülərinə müraciət edərək, idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada motodəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq”.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
qızlar təhlükə Masazır

Digər Xəbərlər