Anar Ələkbərovdan Heydər Əliyev mərkəzinin kollektivi ilə MARAQLI PAYLAŞIM
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru,Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Anar Ələkbərov Heydər Əliyev mərkəzinin kollektivi ilə birgə fotolar paylaşıb.
Ajans.az xəbər verir ki, Anar Ələkbərov paylaşımda Heydər Əliyev mərkəzinin kollektivinin ünvanına xoş sözlərini ifadə edib.
"Əziz və doğma kollektivim, sizə səmimi dostluq və yoldaşlığa görə dərin təşəkkürümü bildirirəm! Hər biriniz unikalsınız və ən yüksək qiymətə layiqsiniz. Sizin zəhmətsevərliyiniz, dəstəyiniz və peşəkar münasibətiniz mənim üçün çox dəyərlidir",-deyə paylaşımında qeyd edib.
Qeyd etmək istəyirik ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.





Mövzular: