Reklam resmi
Reklam resmi

ADSEA yığılan yağış sularının kənarlaşdırır

ADSEA yığılan yağış sularının kənarlaşdırır
Cəmiyyət

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılr.

Ajans.az xəbər verir ki, Digah qəsəbəsi, Bakıxanov küçəsində kanalizasiya şəbəkəsi olmayan göl ətrafı evlərə və həyətyanı sahələrə yığılan yağış sularının Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən gölə təxliyə edilməsi işləri davam etdirilir.

Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, Döngə 2.-də intensiv yağışlar nəticəsində toplanmış sular nasos vasitəsilə ərazidən kənarlaşdırılır. 

Sabunçu rayonu, Sabunçu vağzalının qarşısı yağış sularından təmizlənir.

Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində nasos quraşdırılıb. Nasosun çıxış xəttindən diametri 160 mm-lik boru xətti çəkilərək yağış sularının kənarlaşdırılması həyata keçirilir. 

Bağlar Sukanal idarəsinin əməkdaşları Məmmədli kəndi N. Nərimanov küçəsindəki tullantı su şəbəkəsi olmayan ərazidən evlərə və həyətyanı sahələrə yığılan yağış sularının təmizlənməsi işlərini icra edirlər.

Xəzər rayonu Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivinə intensiv yağışlar nəticəsində toplanmış sular quraşdırılmış nasos vasitəsilə ərazidən kənarlaşdırılır.

Novxanı bağlarının kanalizasiya şəbəkəsi olmayan ərazilərindən  yağış sularının təxliyə edilməsi işləri davam etdirilir.

Sukanal idarələri xidməti ərazilərindən normadan dəfələrlə artıq olan yağış sularının kənarlaşdırılmasını gücləndirilmiş iş rejimində intensiv, fasiləsiz şəkildə icra edir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
ADSEA su yağış

Digər Xəbərlər