Reklam resmi
Reklam resmi

XİN-də diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır

XİN-də diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Cəmiyyət

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla aşağıdakı keçiddə tanış olmaq mümkündür:

https://exidmet.dim.gov.az/elimt/xintest/elan

Mövzular:
Xarici İşlər Nazirliyi

Digər Xəbərlər