Bayramda həyatını itirənlərin ÖLÜM SƏBƏBİ... RƏSMİ MƏLUMAT
FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər isə həyatını itirib.
Həyatını itirən şəxslərin ölüm səbəbləri haqqında FHN-ə sorğu yönləndirdik.
Qurumun Mətbuat Xidmətinin əməkdaşı Ehtiram Xəlilov Ajans.az-a bildirilib ki, tətil boyu FHN əməkdaşları paytaxt və bölgələrdə fasiləsiz iş rejimini davam etdiriblər.
Qeyd edilib ki, ölüm hallarının səbəbləri müxtəlif hadisələr üzrə olub. Bunlara yol-nəqliyyat qəzaları, bağlı qapı arxasında aşkar olunanlar və yanğın zamanı zərər görən şəxslər olub.
Mövzular: