Reklam resmi
Reklam resmi

Ötən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb
Kriminal

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21.6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Ajasn.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir alışdırıcı, səkkiz tüfəng və 100 ədəd müxtəlif çaplı patron da aşkarlayıblar.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mövzular:
Daxili İşlər Nazirliyi narkotik

Digər Xəbərlər