Reklam resmi
Reklam resmi

Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlandı

Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlandı
İdman

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Ajans.az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.

Mövzular:
Azərbaycan Portuqaliya oyun

Digər Xəbərlər