"Araz" supermarketdən saxta linklərlə bağlı XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə "Araz Supermarketlər Şəbəkəsi"nin 15 illik yubileyi münasibətilə hədiyyə qazanmaq imkanı yaradan linkin yayılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Ajans.az xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayaraq bildirib ki, paylaşılan linklər onlara aid deyil və həqiqəti əks etdirmir:
"Dəyərli izləyicilərimiz, “Araz” supermarketləri adından naməlum mənbələrdən yayılan yarışma, müsabiqə tipli paylaşımlara və keçidlərə inanmamağınız tövsiyə edilir. Xahiş edirik, yalnız rəsmi hesablarımızda paylaşılan məlumatlara etibar edin. Diqqətiniz üçün təşəkkür edirik!" - məlumatda qeyd olunub.
Mövzular: