Reklam resmi
Reklam resmi

İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib

İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib
Cəmiyyət

"Daha əvvəl İranda saxlanılan iki Yaponiya vətəndaşından biri azad edilib və tezliklə vətənə qayıda biləcək".

Ajans.az TASS-a istinadən bildirir ki, bunu Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi bildirib.

"İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - deyə o, yerli televiziyanın efirində qeyd edib. T.Moteqi əlavə edib ki, Yaponiya vətəndaşı hazırda Azərbaycandadır və tezliklə vətənə qayıdacaq.

Xarici İşlər Nazirliyinin məlumatına görə, o, 2025-ci ilin yayında saxlanılıb, lakin ona qarşı hansı ittihamların irəli sürüldüyü bildirilmir.

Yerli KİV-in məlumatına görə, İranda saxlanılan digər Yaponiya vətəndaşı Yaponiya İctimai Televiziyasının (NHK) Tehrandakı bürosunun rəhbəridir. O, yanvarın 20-də saxlanılıb və saxlanılma səbəbləri barədə məlumat verilməyib.

Mövzular:
İran Yaponiya Azərbaycan Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi

Digər Xəbərlər