Reklam resmi
Reklam resmi

Yeni uşaq kanalı AÇILMALIDIR- Oxumayan nəsil YETİŞİR

Yeni uşaq kanalı AÇILMALIDIR- Oxumayan nəsil YETİŞİR
Cəmiyyət

Azərbaycanın efir məkanında uşaq verilişləri yox saydadır. Azyaşlılara aid mövzu və proqramlara televiziyada yer verilmir.

Bəs əsas səbəblər nələrdir? 

Mövzu ilə bağlı rejissor, yazıçı Bəhram Bağırzadə ilə əlaqə saxladıq.  

O Ajans.az-a açıqlayıb ki, uzun müddətdir, televiziyanı izləmir. Hətta dünya telekanallarına belə maraq göstərmir. 

“ Mən televiziyadan savadlı  məlumat əldə edə bilmirəm. Son 7 ildir ki, televiziyadan uzağam. Çünki özüm üçün faydalı informasiya görmürəm.  Mənim dostlarım hazırda Artur Şopenhauer, Erik Bern, Zigmund Freyd, Yaponiya ədəbiyyatıdır.”- deyə, aktyor deyib. 

O əlavə edib ki, son illər tək bəhrələndiyi kitablar və ədəbiyyatdır. 

Həmçinin, qeyd edib: “ Təəssüf ki, Hacı Zeynalabdin Tağıyevin ideyaları televiziya məkanında yayılmadı. O deyirdi ki, kişi oxusa bir nəfər, qadın oxusa bir ailə, məmləkət savadlanar. Əfsus ki, bu fikirlər həyata keçmədi.”

O gənclərin savadsızlığına da diqqət yetirib.

Söyləyib ki, indiki bir çox gənclər oxumur, maraqlanmır, araşdırmır. Mütaliə qabiliyyətləri  zəifdir. 

“ Bir kanalda siyasətçi danışıb, sonra müğənni oxuyursa, ardından da uşaqlara aid proqram yayımlanırsa, strategiya artıq pozulub. Gərək Azərbaycan biliciləri güclərini səfərbər edib, yeni uşaq kanalı açmalıdırlar.

Savadlı psixoloqlar, jurnalistlər, müəllimlər bu işdə bir olmalıdırlar. Uşaqlara aid telekanalda digər mövzulara yer verilməməlidir. “

Sonda Bəhram Bağırzadə deyib ki, əgər Azərbaycan efir məkanında uşaq kanalı açılarsa, onun rəhbərliyinin də kim ola biləcəyini cəmiyyətə deyəcək.

author picture
Zərif Sofiyeva
Mövzular:
Bəhram Bağırzadə əməkdar artist

Digər Xəbərlər