Reklam resmi
Reklam resmi

Bu enerji içkisinin idxalına məhdudiyyət qoyuldu

Bu enerji içkisinin idxalına məhdudiyyət qoyuldu
Cəmiyyət

"DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Ajans.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhsul Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olub.

"Faktla bağlı qanunvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib. Həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub", - məlumatda qeyd edilib.

Mövzular:
enerji içkisi idxal qadağa

Digər Xəbərlər