Reklam resmi
Reklam resmi

DƏHŞƏT: 17 yaşlı qız donuzlar tərəfindən öldürüldü

DƏHŞƏT: 17 yaşlı qız donuzlar tərəfindən öldürüldü
Hadisə

Rusiyanın Krasnoyarsk vilayətində yaşayan 17 yaşlı Milena Şevelyova adlı gənc qız ailəsinin kiçik təsərrüfatına rəhbərlik etmək üçün evdə tək qaldığı zaman donuzlar tərəfindən faciəvi şəkildə parçalanaraq öldürülüb.

Ajans.az xəbər verir ki, 17 yaşlı Milena Şevelyova valideynləri şəhərdə olarkən heyvanları yemləmək üçün tövləyə gedib. Ona ilk olaraq tövlədə balaca bir donuz hücum edib. Hücumdan sonra huşunu itirən Şevelyova, tövlədəki bütün digər heyvanların iştirakı ilə dəhşətli şəkildə ölüb.

Valideynləri onunla telefonla əlaqə saxlaya bilməyib və dostundan onu yoxlamasını istəyib. Valideynlərin dostu fermaya gedəndə tövlədə 17 yaşlı qızın cansız cəsədini tapıb. “Bad News” “Telegram” kanalından verilən xəbərdə Şevelyovanın hücum zamanı bud damarının partlaması nəticəsində qan itkisindən öldüyü bildirilib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Qız 17 yaşlı qız Donuzlar Öldürüldü

Digər Xəbərlər