Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILIB
Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən Ajans.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
View this post on Instagram
Mövzular: