Yamal növbəti rekorda imza atdı
“Barselona”nın gənc ulduzu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la matçda (1:1) vurduğu qolla klub tarixində fərqlənib.
Ajans.az xəbər verir ki, 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən 18 yaşlı vinger bu mövsüm qollarının sayını 20-yə çatdırıb.
O, son 15 ildə “Barselona”da bir mövsümdə 20 qol vuran ilk ispaniyalı futbolçu olub.
Mövzular: