Reklam resmi
Reklam resmi

Kömür mədənində AĞIR QƏZA: 2 ölü, 18 yaralı - Bu ölkədə

Kömür mədənində AĞIR QƏZA: 2 ölü, 18 yaralı - Bu ölkədə
Hadisə

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində qaz sızması baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb.

Nəticədə iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Mövzular:
Qırğızıstan Batken vilayəti Kömür mədəni Qırğızıstan FHN

Digər Xəbərlər