Reklam resmi
Reklam resmi

Goranboyda iki avtomobil toqquşub: Beş nəfər xəsarət alıb

Goranboyda iki avtomobil toqquşub: Beş nəfər xəsarət alıb
Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ - 21011 ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.

Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər