Reklam resmi
Reklam resmi

Metronun bu hissəsində hərəkət qrafiki yenilənir

Metronun bu hissəsində hərəkət qrafiki yenilənir
Cəmiyyət

Bakı metropoliteninin "yaşıl" və "qırmızı xətləri"ndə sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.

Ajans.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.

"Martın 4-dən "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlində dəyişikliklər tətbiq edilir. Sınaq müddətində "Nərimanov Bakmil" sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur. Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Mövzular:
metro nərimanov yol

Digər Xəbərlər