Reklam resmi
Reklam resmi

Elməddin Qurbanov Türkiyədə HƏYATINI İTİRDİ

Elməddin Qurbanov Türkiyədə HƏYATINI İTİRDİ
Hadisə
394

Türkiyədə iki yük maşınının toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı həlak olub.

Ajans.az "Demirören" agentliyinə istinadən xəbər verir ki, hadisə fevralın 26-da Sivas-Tokat yolunun Çamlıbel aşırımında baş verib.

Məlumata görə, maşınlardan birinin sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Elməddin Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd olunub ki, digər maşındakı iki nəfər xəsarət alaraq, xəstəxanaya aparılıblar. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan Türkiyə

Digər Xəbərlər