Azərbaycanda kərə yağı istehsalı kəskin AZALDI
2025-ci ilin yanvarında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azdır.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsndən bildirilib.
Marqarin istehsalı illik müqayisədə 28,5% azalaraq 3 700,6 tona düşüb. Əksinə, duru bitki yağı istehsalı 15,6% artaraq 4 576,6 ton olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycana 20 130,38 ton kərə yağı (145,3 milyon ABŞ dolları dəyərində) və 4 086,42 ton marqarin (5,8 milyon ABŞ dolları dəyərində) idxal edilib.
Mövzular: