Reklam resmi
Reklam resmi

Bir marketdən oğurlayıb digərinə satdı- Bakıda ŞOK OĞURLUQ

Bir marketdən oğurlayıb digərinə satdı- Bakıda ŞOK OĞURLUQ
Kriminal

Məhəlləsində yerləşən marketdən oğurladığı spirtli içki və tütün məhsullarını başqa mağazada satan şəxs saxlanıldı.

Ajans.az xəbər verir ki, Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yerləşən mağazaların birindən 2000 manat dəyərində spirtli içki və tütün məhsulları oğurlanıb.

  Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı R.Rzayev şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs taladığı marketin yaxınlığında yaşayır və mütəmadi olaraq həmin obyektdən alış-veriş etdiyi üçün satıcıların ona diqqət yetirməyəcəkləri qənaətinə gəlib. R.Rzayev hissə-hissə məhsulları oğurladıqdan sonra yaxınlıqda yerləşən başqa bir mağazaya apararaq orada ucuz qiymətə satıb. Həmçinin R.Rzayevin üzərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.     Fakt üzrə araşdırmalar aparılır.

Mövzular:
oğurluq mağaza

Digər Xəbərlər