Reklam resmi
Reklam resmi

Yekaterinburqda Azərbaycan diasporunun keçmiş liderinə AĞIR CƏZA TƏLƏBİ

Yekaterinburqda Azərbaycan diasporunun keçmiş liderinə AĞIR CƏZA TƏLƏBİ
Cəmiyyət

Yekaterinburqda dövlət ittihamçısı iki cinayətdə ittiham olunan Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski üçün 23 il həbs cəzası istəyib.

Ajans.az xəbər verir ki,  bu barədə URA.ru nəşrinə təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.

Məlumata görə, cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir - Sverdlovsk Vilayət Məhkəməsi müzakirəni başa çatdırır.

Şıxlinski ilə yanaşı, beş Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunurlar. Akifin 23 il, Ayazın 22 il, Kamalın 18 il, Bəkir və Məzahirin 13 il, Rəcəbovun isə 15 il müddətinə həbs olunması istənilib.

Xatırladaq ki, ötən həftə andlılar kollegiyası ittiham hökmü çıxarıb. Onlar təqsirləndirilən şəxslərin əfv cəzasına layiq olmadığına qərar veriblər.

İstintaq hesab edir ki, təqsirləndirilən şəxslərin iş adamı Yunis Paşayevin qətlində (2001-ci ildə) və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsdə cəhdində əlləri var.

Mövzular:
Yekaterinburq Azərbaycan diasporu Ural Şahin Şıxlinski

Digər Xəbərlər