Bakıda şagirdin güllələdiyi müəllim xəstəxanadan EVƏ BURAXILIB
Fevralın 6-da Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.
Ajans.az xəbər verir ki, bununla bağlı apa-nın sorğusuna cavab olaraq KTM-in Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.
Mövzular: