Reklam resmi
Reklam resmi

Şəhər daxilində zolaqların eni AZALDILACAQ?

Şəhər daxilində zolaqların eni AZALDILACAQ?
Cəmiyyət

Hərəkət zolaqlarının düzgün seçilməsi, zolaqlar üzrə nizamlı davranış sürücü mədəniyyətinin vacib göstəricisidir. Yolun zolaqlara bölünməsi hərəkətin tənzimlənməsinə, axıcılığın təmin olunmasına, istiqamətlərin aydın müəyyənləşdirilməsinə və ən əsası yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Lakin bəzi sürücülər intizamsız davranaraq nişanlanma xətlərinin tələblərinə məhəl qoymur, digər nəqliyyat vasitələrini nəzərə almadan, tez-tez zolaq dəyişir, lüzumsuz manevrlər edirlər. Nəticədə yollarda qarışıqlıq, süni sıxlıq yaranır və qəza riski əhəmiyyətli dərəcədə artır.

Bəs bu risklərin qarşısı necə alına bilər? 

Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Ajans.az-a açıqlama verib.

O bildirib ki, bu zolaqlar üzrə hərəkət edən sürücülər bir sıra problemlər yaşayır.  Birincisi sürücülük təcrübəsindən çox şey asılıdır. Lakin bütün sürücülərə aid edilmir. 

Nə qədər peşəkar sürücü olsa da , belə o da qaydalara riayət etmədən zolağın ortasında hərəkət edir. 

Ekspert açıqlayıb ki, paytaxtdakı ümumi vəziyyət bir çox sürücüyə  bunu məcbur edir. Məsələ ondan ibarətdir ki, bəzi yollarda  zolaqların  eninin çox olması buna şərait yaradır.  Magistral yollarda sıxlığın olması avtomobillərə hərəkət etməyə icazə vermir. Bu hallarda isə, bəzi avtomobillər onlar üçün ayrılmayan zolaqlardan istifadə etməyə məcbur qalırlar. Təbii ki, bu doğru deyil. Ancaq paytaxt ərazisində belə hallara çox rast gəlinir. 

Bakı şəhərinin  bir sıra ərazilərində  zolaqların eni  4-5 metrə qədər olur. Ancaq bu standart ölçü deyildi.  Sonradan məsafə 3-3.20 metrə qədər endirildi. 

Yasin Mustafayev söyləyib ki, məsafə azaldıqdan sonra bəzi sürücülər  narazılıqlarını ifadə ediblər. Nəzərə almaq lazımdır ki, bunun müsbət tərəfi də var imiş. Paytaxtda həddən artıq avtomobil sayının olması yollarda tıxacı daha da artırır. Zolaqlar iri məsafəli çəkilsə də , istər-istəməz boşluq görən kimi sürücülər fürsətdən yararlanmağa çalışırlar. 

Bakıda ərazisindəki magistral yollarda zolaqların eni 3.75-3.50 arasıdır. Amma şəhər daxilində bunu 3 metrəyə qədər endirilə bilər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Yasin Mustafayev Zolaqlar Tıxac Problem

Digər Xəbərlər