Reklam resmi
Reklam resmi

Paytaxtda yaşayış binasında GÜCLÜ YANĞIN

Paytaxtda yaşayış binasında GÜCLÜ YANĞIN
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 128kv.m. olan üçotaqlı mənzilin mətbəxində 3p.m. mətbəx mebeli və məişət əşayaları yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Xətai rayonu Yanğın

Digər Xəbərlər