Reklam resmi
Reklam resmi

Növbəti köç karvanı Hadrut və Qırmızı bazar qəsəbələrinə ÇATDI

Növbəti köç karvanı Hadrut və Qırmızı bazar qəsəbələrinə ÇATDI
Cəmiyyət

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

Ajans.az xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfərə, Qırmızı bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfərə qucaq açıb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Mövzular:
köç karvan

Digər Xəbərlər