Reklam resmi
Reklam resmi

“Turan Tovuz” “Kəpəz”ə QALİB GƏLDİ

“Turan Tovuz” “Kəpəz”ə QALİB GƏLDİ
İdman

Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Ajans.az  xəbər verir ki, “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Tovuz klubunun minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu Alexandro Serrano vurub. O, 15-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan "Turan Tovuz" hazırda 33 xalla turnir cədvəlində 3-cü pillədədir. "Karvan-Yevlax" isə 6 xalla 12-ci sıradadır.

Günün ilk matçında “İmişli” Qubada “Kəpəz”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” evdə “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 10-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Mövzular:
Turan Tovuz

Digər Xəbərlər