Reklam resmi
Reklam resmi

Vüqar Məmmədovun həbs müddəti uzadılıb

Vüqar Məmmədovun həbs müddəti uzadılıb
Hadisə

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Ajans.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.

Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində  saxlanılıb.

Mövzular:
Vüqar Məmmədov

Digər Xəbərlər