Reklam resmi
Reklam resmi

Şirvanda azyaşlını maşın vurdu

Şirvanda azyaşlını maşın vurdu
Hadisə

Şirvan şəhərində azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, yol qəzası saat 14 radələrində Şirvan şəhərində qeydə alınıb.

Salyan sakini D.Xankişiyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən 2020-ci il təvəllüdlü M.Süleymanlını vurub. Xəsarət alan azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib. Həkim nəzarətində olan uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Şirvan azyaşlı qəza

Digər Xəbərlər