Reklam resmi
Reklam resmi

Azərbaycanda məşhur şirkətə HƏBS QOYULDU

Azərbaycanda məşhur şirkətə HƏBS QOYULDU
Hadisə

“Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulub.

Ajans.az xəbər verir ki, buna səbəb şirkətin işçisinə ödəmədiyi 8230 manat əmək haqqı borcudur.

Daha öncə məhkəmə məbləğin ödənilməsinə dair qərar qəbul etsə də, şirkət bundan yayınıb.

Nəticədə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəməyə təqimdat verilib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edərək, “Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. “Azərşin” 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1,789 milyon manatdır.

Mövzular:
“Azərşin” ASC Nizamnamə kapitalı Həbs

Digər Xəbərlər