Reklam resmi
Reklam resmi

Paşinyan: “Ermənistan hökuməti Moskvaya rəsmi məktub göndərib”

Paşinyan: “Ermənistan hökuməti Moskvaya rəsmi məktub göndərib”
Siyasət

Ermənistan hökuməti regional kommunikasiyaların açılması ilə bağlı Rusiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Ajnas.az Sputnik Armenia-ya istinadənxəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

“Ermənistan tərəfi bu məsələ ilə bağlı Moskvaya rəsmi məktub göndərib”, – deyə baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, artıq prosesdə müsbət əlamətlər müşahidə olunur və İrəvan danışıqların sürətlənəcəyinə ümid edir. O, Ermənistan və Azərbaycan nümayəndələrinin Yerasx–Sədərək dəmir yolu hissəsinə birgə səfərini bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Azərbaycan

Digər Xəbərlər