Reklam resmi
Reklam resmi

Anasını taksi ilə evə çağıraraq öldürüb - Sabunçudakı qətlin DETALLARI- VİDEO

Anasını taksi ilə evə çağıraraq öldürüb - Sabunçudakı qətlin DETALLARI- VİDEO
Hadisə

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində ağır qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə ittiham olunur.

Ajans.az xəbər verir ki, hadisə günü Emil Ağayev həyat yoldaşı ilə qayınanasının evində qalıb. Səhər saatlarında isə öz evinə qayıdaraq anasının işdən gəlməsi üçün taksi göndərib. Həyat Ağayeva evə daxil olduqdan sonra o, bıçaqlanaraq öldürülüb.

Qonşular bildiriblər ki, ailə sakit və münaqişəsiz tanınıb, hadisə hər kəsi təəccübləndirib. Digər bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu iddia edib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Sabunçu

Digər Xəbərlər