Türkiyədə boğulan rusiyalı üzgüçünün cəsədi Moskvaya gətirilib
Türkiyədə vəfat edən üzgüçü Nikolay Sveçnikovun nəşi Moskvaya aparılıb.
Ajans.az xəbər verir ki, bu barədə ailənin vəkili Alperen Çakmak bildirib.
Sveçnikov 24 avqust 2025-ci ildə Bosfor boğazında keçirilən genişmiqyaslı beynəlxalq üzgüçülük yarışının iştirakçılarından biri idi. Yarışda 81 ölkədən təxminən 3 min üzgüçü iştirak edirdi. Lakin rusiyalı üzgüçü finiş xəttinə çata bilmədi. Onun tapılması üçün 5 aydan çox axtarışlar apaılıb. Yanvarın 21-də onun cəsədi finiş xəttinin yaxınlığında tapılıb.
Mövzular: