Reklam resmi
Reklam resmi

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs SAXLANILIB

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs SAXLANILIB
Kriminal

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Ajans.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.

    Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

    Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

    Mövzular:
    Daxili İşlər Nazirliyi kriminal

    Digər Xəbərlər